Ötən gün 17 yanğın olub

Ötən gün 17 yanğın olub

10 Dekabr 2022, 12:03

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 17 yanğına çıxış və 10 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

 

FHN-dən Modern.az-a verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

 

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 16 nəfər xilas edilib, 50 nəfər təxliyə olunub, yanğın zamanı 3 nəfər xəsarət alıb. Həmçinin, Abşeron rayonu, Görədil kəndində yolsuzluq şəraitində köməksiz vəziyyətdə qalan təcili tibbi yardım avtomobili xilasedicilər tərəfindən xilasetmə texnikasının yedəyinə alınaraq təhlükəsiz əraziyə çıxarılıb.

 

Bundan əlavə, 09.12.2022-ci il tarixində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən ümumi sahəsi 160m² olan ikimərtəbəli dördotaqlı evdə ilkin ehtimala görə məişət qazının sızması nəticəsində partlayış baş verib. Partlayış dalğasının təsirindən evin 1-ci mərtəbəsində 1 otağın divarı uçub, pəncərələri qırılıb. Yanğın hadisəsi olmayıb. Hadisə nəticəsində 2 nəfər xəsarət alıb. FHN qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

 

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Vəziyyət qızışır, fevralın 24-də nəsə olacaq