Modern.az

Deputat general Ersayın təyinatından yazdı: "Nuri Paşa qədər dəyərlidir"

Deputat general Ersayın təyinatından yazdı:

Hadisə

10 Dekabr 2022, 18:13

“Bəxtiyar Ersay paşanın Azərbaycan müdafiə nazirinin müşaviri təyin olunmasına sevindim”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa bildirib.

“O, Azərbaycan üçün şəhid Nuri Paşa qədər dəyərli şəxsiyyətdir. Orada nəhayət ki, güvəndiyimiz peşəkar birinin olması millətimiz üçün ümidverici haldı”, - deyə Fazil Mustafa Müdafiə Nazirliyinə belə bir təyinatı yüksək qiymətləndirib.

Türkiyəli general-polkovnik Bəxtiyar Ersayın Azərbaycan müdafiə nazirinin müşaviri vəzifəsinə təyin olunması bu gün məlum olub.

Bu barədə informasiya Müdafiə Nazirliyinin 2022-ci ilin yekunlarına dair Kollegiya iclası ilə bağlı yayılan rəsmi məlumatında yer alıb.

Bəxtiyar Ersay iclasda çıxış edərək Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində görülən işlərdən, aparılan islahatlar nəticəsində əldə edilən yeni nailiyyətlərdən danışıb.


General B.Ersay əslən Türkiyənin Tunceli vilayətinin Çemisgezek mahalındandır.

O, İşıklar hərbi liseyində, sonra hərbi akademiyada təhsil alıb.

Akademiyanı kapitan rütbəsilə bitirən Ersay hərbi attaşe kimi Türkiyəni Tunisdə təmsil edib.

Müəmmar Qəddafinin ölümü ilə Liviyada baş verən qarmaqarışıqlıq zamanı minlərlə türk vətəndaşının bu ölkədən sağ-salamat təxliyəsini təmin edən əməliyyatın başında B.Ərsay dayanmışdı.

Son illər Türkiyədə PKK-ya qarşı ən böyük antiterror əməliyyatları həyata keçirən generallardan biri də B.Ersaydur.

General B.Ersayın sonuncu vəzifəsi Türkiyə Quru Qoşunları komandanının əməliyyat məsələləri üzrə müavini postu idi.

General Ersay 2020-ci ildəki Vətən müharibəzi zamanı Türkiyə Ordusunun Azərbaycandakı Xidmət Qrupu Komandanlığına təyin edilməklə Türkiyə Baş Qərargahının əmrinə verilmişdi.

A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil