Yevlaxda yol qəzası zamanı iki avtomobil toqquşub.
Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Mingəçevir-Bəhramtəpə avtomobil yolunun, Hürüuşağı kəndindən keçən hissəsində baş verib.
Hadisə zamanı 51 yaşlı sürücü Zabit Əliyev ölüb.
Qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan 4 sərnişin xəstəxanaya aparılıb.