Modern.az

Kütləvi davada bıçaqlanan Niyazi Bayramov ÖLDÜ

Kütləvi davada bıçaqlanan Niyazi Bayramov ÖLDÜ

Hadisə

12 Dekabr 2022, 08:06

Ötən gün Gəncə şəhərində baş vermiş kütləvi davada bıçaqlanan şəxslərdən biri - Niyazi Bayramov dünyasını dəyişib.

 

Bu barədə Modern.az-a DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

 

Xatırladaq ki, dekabrın 11-də saat 20 radələrində Gəncə şəhərində kütləvi dava olub. Hadisə zamanı bir nəfərin öldüyü, 2 nəfərin isə yaralandığına dair məlumat yayılmışdı.

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU