Modern.az

43 yaşlı qadın əməliyyatdan sonra öldü

43 yaşlı qadın əməliyyatdan sonra öldü

Hadisə

12 Dekabr 2022, 09:08

Dekabrın 11-i saat 21 radələrində Kürdəmir rayonu, Yenikənd kənd sakini 1979-cu il təvəllüdlü Saray Eminovanın Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Kürdəmir rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, Saray Eminova dekabrın 10-da “uşaqlığın leomioması, qanaxma ilə, anemiya” diaqnozu ilə xəstəxanaya daxil olub.

 

Həmin gün saat 12:00-da isə əməliyyat olunub. Göstərilən tibbi yardıma baxmayaraq, S.Eminova vəfat edib.

 

Faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırma davam edir.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil