Modern.az

Təcili yardımın sərxoş sürücüsü qəza törətdi - Ölən var

Təcili yardımın sərxoş sürücüsü qəza törətdi - Ölən var

Hadisə

14 Dekabr 2022, 09:28

Ağsuda ölümlə nəticələnən yol qəzası baş verib.

 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, dünən saat 21 radələrində Ağsu Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinin sürücüsü İlkin Yusif oğlu Vəliyev idarə etdiyi xidməti avtomobillə piyadanı vurub. Nəticədə piyada, rayonun Qaraqaşlı kənd sakini Bəkirov Natiq İlyaz oğlu hadisə yerində ölüb.

 

İlkin araşdırmalar zamanı təcili tibbi yardım maşınının sürücüsünün hadisə vaxtı sərxoş halda olması müəyyən edilib.

 

Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil