Modern.az

İki piyada qəza qurbanı oldu

İki piyada qəza qurbanı oldu

Hadisə

14 Dekabr 2022, 11:02

Dekabrın 13-də  2 piyada qəza qurbanı olub.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

 

Belə ki, hadisələrdən ilki dekabrın 13-də saat 21 radələrində Ağsu rayonunun Qaraqaşlı kəndində baş verib. İ.Vəliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini N.Bəkirovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

 

Günün analoji hadisəsi saat 22 radələrində Neftçala rayonunun 2-ci Qaralı kəndində qeydə alınıb.

 

Z.Məmmədov idarə etdiyi “Opel” markalı avtomobillə yolun kənarı ilə hərəkət edən İ.Əsgərovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

 

Hər iki faktla bağlı rayon polis şöbələrində araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil