Modern.az

22 cinayətin üstü illər sonra AÇILIB

22 cinayətin üstü illər sonra AÇILIB

Hadisə

15 Dekabr 2022, 09:28

Dekabrın 14-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 22 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 86, o cümlədən borclu şəxs qismində axtarışda olan 59 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil