Dekabrın 4-də baş verən yol-nəqliyyat hadisələri nəticəsində 4 piyada ölümü qeydə alınıb.
Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
İlk hadisə dekabrın 14-də saat 7 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsində baş verib. M.Cəlilov idarə etdiyi “Daewoo” markalı avtobusla yolu keçən S.Şəfiyevanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Günün ikinci piyada ölümü saat 11 radələrində Bərdə şəhəri ərazisində qeydə alınıb. Belə ki, R.Hadıyev idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən II qrup əlil S.Şahbazovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Həmin gün saat 17 radələrində Qusar şəhəri ərazisində E.Həkimov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən N.Vəlibəyovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Analoji hal saat 18 radələrində Xızı şəhəri ərazisində yaşanıb. S.Babayev idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolun kənarında velosiped sürən Ə.Əliyevi vurub və nəticədə velosipedçi hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.