Modern.az

Bakı-Quba yolundakı qəzada ölənlərin ADLARI - YENİLƏNİB

Bakı-Quba yolundakı qəzada ölənlərin ADLARI - YENİLƏNİB

Hadisə

15 Dekabr 2022, 15:18

Bakı-Quba yolunda mikroavtobusla "TIR"ın toqquşması nəticəsində dünyasını dəyişənlərin kimliyi məlum olub.

 

Modern.az xəbər verir ki, vəfat edənlər dəmiryolu xəttinin çəkilməsində iştirak edən podratçı şirkətin əməkdaşları olub.

 

Ölənlərin ad və soyadları:

 

1. 1976-ci il təvəllüdlü Məmmədov Kamran Məmmədşah oğlu;

2. Qaradağ rayon sakini, 1979-cu il təvəllüdlü Balakişiyev Akif Yusif oğlu;

3. Yasamal rayon sakini 1980-ci il təvəllüdlü Musayev Vüqar Tərxan oğlu;

4. Astara rayon sakini, 1982-ci il təvəllüdlü Əhmədov Elməddin Osman oğlu;

5. 1992-ci il təvəllüdlü Emin Ramiz oğlu Quliyev;

6. 1977-ci il təvəllüdlü Qubadbəyli Nəsimi Əlimuxtar oğlu (sürücü).

 

Ölənlərin meyitləri Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsində tibbi ekspertizadan keçirilir.

 

Bununla yanaşı, yol qəzasında xəsarət alan "TIR"ın sürücüsü 1992-ci il təvəllüdlü Atayev Elçin Arif oğlunun Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzində müalicəsi davam etdirilir.

 

11:50

 

Fövqəladə Hallar Nazirliyi Bakı-Quba yolunda 6 nəfərin ölümü ilə nəticələnən yol qəzası barədə məlumat yayıb.

 

FHN-dən Modern.az-a verilən xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə Siyəzən rayonu ərazisində (Bakı-Quba avtomobil yolunun 85-ci kilometrliyi) yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

 

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

 

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Mercedes" markalı mikroavtobus və “DAF” markalı yük avtomobili toqquşub, 6 nəfər nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

 

Həyata keçirilən tədbirlər nəticəsində 6 nəfərin meyiti zədələnmiş mikroavtobusdan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

10:35

 

Bakı-Quba yolunun 98-ci km-də (Sizyəzən rayonu ərazisindən keçən hissəsində) ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

 

"Mersedes Vita" markalı avtomobillə TIR toqquşub. İlkin məlumata görə, "Mersedes Vita"da olan sürücü daxil olmaqla 6 nəfər həlak olub, TIR sürücüsü xəsarət alıb.

 

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, xilasetmə tədbirləri görülür.

 

Əlavə məlumat veriləcək...

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama