Modern.az

Anasını və bacısını öldürən şəxsə 20 il cəza İSTƏNİLDİ

Anasını və bacısını öldürən şəxsə 20 il cəza İSTƏNİLDİ

Hadisə

15 Dekabr 2022, 12:57

Bakı Ağır Cinayətlər Məhkəməsində anasını və bacısın qətlə yetirməkdə təqsirləndirilən Murad Niftizadənin işi üzrə məhkəmə prosesi yekunlaşıb.

 

Modern.az xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Dövlət ittihamçısı təqsirləndirilən şəxsin 20 il azadlıqdan məhrum edilməsini istəyib.

 

Daha sonra məhkəmə müşavirəyə yollanıb. Dekabrın 20-də təqsirləndirilən şəxsə hökm oxunacaq.

 

Qeyd edək ki, hadisə 2019-cu ilin dekabrında paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində qeydə alınıb.

 

Belə ki, M.Niftizadə anası Fatma Həmzəyeva və bacısı Elgün Niftizadəni şəxsi münasibətlər zəmnində qətlə yetirib.

 

M.Niftizadə Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, cinayət təqibi orqanından gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib. O, Rusiyada tutularaq Azərbaycana ekstradisiya olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil