Modern.az

DSX-nin hərbçiləri erməni mövqelərinə atəş açmayıb - RƏSMİ

DSX-nin hərbçiləri erməni mövqelərinə atəş açmayıb - RƏSMİ

Hadisə

15 Dekabr 2022, 13:10

"Azərbaycanlı sərhədçilər ermənilərin mövqelərinə atəş açmayıb".

 

Bu barədə Modern.az-a Azərbaycanın Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

 

Bildirilib ki, dekabrın 15-i saat 01:10-da DSX-nin Sərhəd Qoşunlarının Zəngilan rayonu Kolluqışlaq və Rəzdərə yaşayış məntəqələri istiqamətində yerləşən bölmələrinin guya qarşı tərəfin Qafan rayonunun Kilsəkənd yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə atəş açması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat həqiqətə uyğun deyildir.

 

"Bu yalan məlumatı qəti olaraq təkzib edir və bu deziformasiyanın Ermənistan Müdafiə Nazirliyinin növbəti təxribatı olduğunu bildiririk", - məlumatda qeyd edilib.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama