Modern.az

Cinayətlər ən çox bu şəhərlərdə baş verir

Cinayətlər ən çox bu şəhərlərdə baş verir

15 Dekabr 2022, 14:06

2021-ci il ərzində qeydə alınmış cinayət hadisələri üzrə məişət zorakılığı ilə bağlı 1536 zərərçəkmiş şəxs olub.

 

Modern.az xəbər verir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2021-ci il üzrə məlumatında əksini tapıb.

 

Qeyd edilib ki, onlardan 205-i qadınlardır. Zərər çəkmiş şəxslərin 1150-i xəsarət alıb. Məişət zorakılığı nəticəsində ölən qadınların sayı 46 olub ki, onlardan 44-ü qəsdən adam öldürmə (CM-in 120-122-ci maddələri nəzərdə tutulur) cinayətinin, 2-i isə qəsdən sağlamlığa ağır zərərvurma cinayətinin qurbanı olub. Törədilmiş cinayət əməlləri arasında qəsdən sağlamlığa zərərvurmanın müxtəlif növlərinə, xuliqanlıq, əzab vermə, öldürülməklə və ya sağlamlığa zərər vurmaqla hədələmə, seksual xarakterli zorakılıq hərəkətlərinin törədilməsinə rast gəlinir. Ən çox rast gəlinən hal qəsdən sağlamlığa yüngül zərərvurmadır (295 hal).

 

Ən az rast gəlinən isə seksual xarakterli zorakılıq hərəkətləridir (cəmi 1 hal). 2 ailədə isə ər-arvad qarşılıqlı olaraq bir-birinə xəsarət yetirib. Cinayətlərin ən çox qeydə alındığı ərazilər Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu olub. Məişət zorakılığı ilə bağlı törədilmiş cinayətlərdə cinayətkar və qurbanın qohumluq əlaqələri də müxtəlifdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU