Modern.az

Şəhid qardaşı faciəvi şəkildə həlak oldu

Şəhid qardaşı faciəvi şəkildə həlak oldu

Hadisə

16 Dekabr 2022, 09:52

Şəhid qardaşı avtomobil qəzasının qurbanı olub.

 

Modern.az xəbər verir ki, hadisə Tovuz rayonu ərazisində yerləşən mal-qara bazarında baş verib.

 

Məlumata görə, rayon sakini Asim Hacımahmudovun idarə etdiyi “Volqa” markalı avtomobil sərt enişli torpaq yolda sürüşərək sürətlə bazara daxil olub. Həmin vaxt bazarda olan 5 nəfəri maşın vurub. Onlardan biri Əliyev Hümmət Ülfət oğlu aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

 

Qeyd edək ki, qəzada həlak olan 2001-ci il təvəllüdlü Hümmət Əliyev Vətən müharibəsi şəhidi Əmrah Əliyevin qardaşıdır.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil