Dekabrın 14-də saat 5 radələrində Nəsimi rayonu ərazisində yolu keçən Qazax rayon sakini R.Osmanovun müəyyən edilməyən avtomobillə vurulması nəticəsində xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, Nəsimi RPİ 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Araşdırmalarla yol-nəqliyyat hadisəsinin taksi fəaliyyəti göstərən “Toyota Prius” markalı avtomobillə törədilməsi müəyyən olunub. Görülmüş tədbirlərlə həmin avtomobilin sürücüsü, Bakı şəhər sakini M.Mərdanlı saxlanılıb. Araşdırma aparılır.