Polis əməkdaşları tərəfindən dünən gecə saatlarında Binəqədi rayonunda küçədən tapılan 3 aylıq körpə oğlan uşağı sığınacağa yerləşdirilib.
Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) şöbə rəisi Elşad Hacıyev məlumat verib.
DİN rəsmisinin sözlərinə görə, tədbirlərlə onun anasının şəxsiyyəti müəyyən edilib:
"Hazırda araşdırma aparılır".
Xatırladaq ki, dekabrın 19-u axşam saatlarında Binəqədi rayonun Binəqədi qəsəbəsi Gülüstan küçəsində 3 aylıq oğlan uşağı tapılıb.