Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 107 yeni yoluxma faktı qeydə alınıb, 65 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.
İndiyədək ümumilikdə 825 527 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 814 944 nəfər müalicə olunaraq sağalıb, 9997 nəfər vəfat edib, aktiv xəstə sayı 586 nəfərdir.
Son sutka ərzində 2253, hazırkı dövrədək isə 7 410 224 test aparılıb.