Modern.az

Bakı-Qazax yolunda qəza - Avtobus yük maşını ilə toqquşdu

Bakı-Qazax yolunda qəza - Avtobus yük maşını ilə toqquşdu

Hadisə

23 Dekabr 2022, 18:05

Bu gun saat 17:30 radələrində Bakı-Qazax yolununun 114-cü kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, “Mercedes Benz” markalı 90-BL-403 dövlət nömrə nişanlı sərnişin avtobusu Bakı istiqamətinə hərəkət edərkən köməkçi yoldan əsas yola çıxan 10-ZH-449 dövlət nömrə nişanlı yük avtomobili ilə toqquşub.

 

Hadisə nəticəsində bir nəfər sərnişin yüngül xəsarət alıb. Ölən və ağır xəsarət alan olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Hadisə yerinə dərhal DYP əməkdaşları cəlb edilib. Sözügedən yolda nəqliyyatın hərəkəti tənzimlənib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı