Modern.az

"VAZ"la "Opel" TOQQUŞDU - Yaralılar var

Hadisə

24 Dekabr 2022, 09:54

Ağdaş rayonunun Yuxarı Ləki kəndi ərazisində rayon sakini Teymur Hacıyevin idarə etdiyi “VAZ-21011” və Musa Məmmədovun idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub. 

 

Bu barədə Modern.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

 

Nəticədə “VAZ”ın sürücüsü, eləcə də iki sərnişini-2002-ci il təvəllüdlü Elmin Kazımov və 2005-ci il təvəllüdlü E.Əsgərzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 


Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı