Modern.az

“Şuşadan geri çəkilmək əmrini Elbrus Orucov vermişdi” - Arif Paşa 

“Şuşadan geri çəkilmək əmrini Elbrus Orucov vermişdi” - Arif Paşa 

Hadisə

24 Dekabr 2022, 10:05

Keçmiş Laçın alayının komandiri, ehtiyatda olan polkovnik Arif  Paşa 1992-ci ilin aprel-mayında Şuşa-Laçın-Qubadlı-Zəngilan ərazilərində briqada komandiri və hərbi komendant olmuş, Müdafiə Nazirliyi Əməliyyat Baş İdarəsinin sabiq rəisi, hazırda ehtiyatda olan general-mayor Elbrus Orucovun jurnalist Eynulla Fətullayevə müsahibəsində səsləndirdiyi bəzi ziddiyyətli məqamlara cavab verib.
 

Modern.az-ın məlumatına gör, Arif Paşa bildirib ki, o zaman ərazinin qorunmasına cavabdeh məhz Elbrus Orucov olub.

“Mən Müdafiə Nazirliyinin 30 aprel 0151 saylı əmri ilə hərbi hissə komandirliyindən kənarlaşdırılmışdım, hərbi hissə də ləğv edilmişdi...


Elbrus Orucov Şuşa-Laçın-Qubadlı-Zəngilan rayonlarının məsul komendantı və həmin istiqamət üzrə komandir təyin edilmişdi”.

Arif Paşanın sözlərinə görə, o zaman Şuşa-Laçın-Qubadlı bölgəsində geri çəkilmək əmrini Elbrus Orucov vermişdi:

“Bu qədər sadə! Yerdə qalan məsələlər təfsilatdı.... Bunlar məhkəmədə də sübut edilib. Mən öz sözümün məsuliyyətini dərk edən adamam!”, A.Paşa vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...