Modern.az

Qazaxda ev yandı - İlk müdaxilə polislərdən gəldi

Qazaxda ev yandı - İlk müdaxilə polislərdən gəldi

Hadisə

24 Dekabr 2022, 12:30

Qazax rayon Polis Şöbəsinə rayonun Daş Salahlı kəndindəki evlərdən birində yanğın hadisəsi baş verməsi daha sonra yanğının digər bir evə keçməsi barədə məlumat daxil olub.

 

Bu barədə Modern.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov məlumat evrib.

 

Onun sözlərinə görə, dərhal polis əməkdaşları hadisə yerinə gələrək yanğının qarşını almaq, evlərdəki vətəndaşların təxliyə edilməsi üçün ilkin tədbirlər həyata keçirilib:

 

"Bundan başqa polis əməkdaşları hadisə yerini mühafizə edərək digər şəxslərin yaxınlaşmasının da qarşısını alıblar. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə gələrək yanğının qarşını alıb. Hadisə nəticəsində xəsarət alan olmayıb".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı