Modern.az

Nənə və nəvəni maşın vurdu, ölən var

Nənə və nəvəni maşın vurdu, ölən var

Hadisə

24 Dekabr 2022, 22:53

Bakının Xəzər rayonunda ağır yol qəzası baş verib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.

 

Sovxoz adlanan ərazidə 1951-ci il təvəllüdlü Tubət Əliyeva və onun nəvəsi 2011-ci il təvəllüdlü Əliyev Tunar Rahil oğlunu minik avtomobili vurub. Zərbənin təsirindən R.Əliyev hadisə yerində ölüb.

 

Onun nənəsi isə ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı