Modern.az

9 cinayətin üstü illər sonra AÇILDI

9 cinayətin üstü illər sonra AÇILDI

Hadisə

26 Dekabr 2022, 10:08

Dekabrın 24-də və 25-də ölkə ərazisində qeydə alınan 75, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

 

Daxili İşlər Nazirliyindən (DİN) Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 45, o cümlədən borclu şəxs qismində axtarışda olan 26 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Narkotiklərlə əlaqəli 37, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.

Sizə yeni x var
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı