Dekabrın 24-də və 25-də ölkə ərazisində 4 piyada qəza qurbanı olub.
Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
İlk hadisə dekabrın 24-də saat 7 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində baş verib. Abşeron rayon sakini H.Baxşəliyev idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən qəsəbə sakini M.Hümbətovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Saat 20 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qəsəbə sakini C.Cəfərov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən T.Əliyevanı və nəvəsi Tunarı vurub. Nəticədə piyadalar xəstəxanaya yerləşdirilib, Tunar orada ölüb.
Analoji hal dekabrın 25-də saat 19 radələrində Xaçmaz rayonunun Armudpadar kəndi ərazisində qeydə alınıb. Belə ki, yolu keçən rayon sakini A.Vəlibəyov müəyyən edilməyən avtomobillə vurulub və hadisə yerində ölüb.
Dekabrın 25-də saat 19 radələrində Astara rayonunun Pensər kəndi ərazisində rayon sakini V.İbadova idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolun kənarı ilə gedən rayon sakini A.Quliyevanı vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Qeyd olunan faktlarla bağlı araşdırma aparılır.