Fövqəladə Hallar Nazirliyi (FHN) Lənkəranda baş verən yanğın barədə məlumat yayıb.
Modern.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Girdəni kəndində ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 35 m² olan mənzilin 1 otağında 2 m² sahədə döşəmə, 1 ədəd yataq dəsti və 1 ədəd televizor yanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.