Modern.az

Sərxoş sürücü velosipedçini canından etdi

Sərxoş sürücü velosipedçini canından etdi

Hadisə

31 Dekabr 2022, 10:39

Dekabrın 30-da saat 18 radələrində Saatlı rayonunun Şirinbəy kəndi ərazisində rayon sakini E.Osmanov sərxoş vəziyyətdə, sürücülük hüququ olmadan avtomobil idarə edib.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, sürücü idarə etdiyi “Hyundai” markalı avtomobillə yolun kənarında velosiped sürən İ.Şükürovu və C.Fətəliyevi vurub.

 

Nəticədə C.Fətəliyev hadisə yerində ölüb, İ.Şükürov isə xəstəxanaya yerləşdirilib. 

 

Hazırda Saatlı Rayon Polis Şöbəsində araşdırma aparılır. 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama