Modern.az

Gəncədə ev yandı, sakinlər təxliyə edildi 

Gəncədə ev yandı, sakinlər təxliyə edildi 

1 Yanvar 2023, 22:22

Gəncə şəhərində 4 mərtəbəli binada yanğın olub, yaxınlıqdakı mənzillərdə yaşayanlar təxliyə olunub.

 

Modern.az xəbər verir ki, şəhər ərazisində 4 mərtəbəli binanın 4-cü mərtəbəsində, 1978-ci il təvəllüdlü Rizvan Əliyevə məxsus mənzilin mətbəxində yanğın olub.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə Yanğından Mühafizə İdarəsinin 5 yanğınsöndürən maşını və canlı qüvvələri cəlb olunub.

 

Yanğın söndürülüb və ətrafa yayılmasının qarşısı alınıb.

 

Təhlükəsizlik nəzərə alınaraq yanğının olduğu mənzilə yaxın yaşayan sakinlər təxliyə olunub.

 

Hadisə nəticəsində xəsarət alan yoxdur. Yanğının başvermə səbəbləri araşdırılır.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama