Modern.az

Gədəbəydə polis özünü GÜLLƏLƏDİ

Gədəbəydə polis özünü GÜLLƏLƏDİ

2 Yanvar 2023, 09:43

Gədəbəy rayonunda Şəmkir Regional Mühafizə şöbəsinin əməkdaşı, polis nəfəri Ülfət Bənnayev tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb. 

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən (DİN) mətbuat xidmətindən bildirilib.

 

Rəsmi məlumata görə, hadisə əməkdaşın səhər saatlarında əməkdaşın xidmətə çıxmazdan əvvəl tabel silahını təhvil alarkən baş verib. O, xəstəxanaya yerləşdirilib. 

 

Hazırda araşdırmalar davam etdirilir.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama