Modern.az

İki piyada qəza qurbanı oldu

İki piyada qəza qurbanı oldu

Hadisə

2 Yanvar 2023, 11:08

Ötən gün 2 piyada avtomobil qəzasının qurbanı olub.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

 

Belə ki, yanvarın 1-də saat 19 radələrində Abşeron rayonunun 28 May qəsəbəsi ərazisində Şamaxı rayon sakini R.İsayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Ağsu rayon sakini E.Əzizovanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Analoji hal həmin gün saat 10 radələrində Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində baş verib. Belə ki, Çünzəli kənd sakini G.Cəfərov idarə etdiyi “Ford” markalı yük avtomobilini arxaya verərkən yolu keçən Xəlilabad kənd sakini N.Nuriyevanı vurub. Nəticədə piyada xəsarətlərlə xəstəxanaya yerləşdirilib və orada ölüb. 

 

Qeyd olunan faktlarla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU