Dekabrın 31-də saat 7 radələrində Babək rayonunun Cəhri qəsəbəsi ərazisində Payız kənd sakini K.Alcəfərov idarə etdiyi “Naz-Lifan 620” markalı avtomobili aşırıb.
Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Nəticədə avtomobildəki sərnişinlərdən sürücünün arvadı və nəvəsi aldıqları xəsarətlərdən hadisə yerində ölüb, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.
Babək RPİ tərəfindən araşdırma aparılır.