Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində rayon sakini, İnqilab Ağamoğlanov xəsarət alıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.