Modern.az

Yaşayış binasındakı partlayışın ilkin səbəbi AÇIQLANDI

Yaşayış binasındakı partlayışın ilkin səbəbi AÇIQLANDI

2 Yanvar 2023, 17:28

Fövqəladə Hallar Nazirliyi (FHN) Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayışın baş vermə səbəblərini açıqlayıb.

 

Nazirlikdən Modern.az-a bildirilib ki, ilkin məlumata əsasən, onsəkkizmərtəbəli yaşayış binasının onsəkkizinci mərtəbəsində yerləşən vətəndaşa məxsus mənzildə, ilkin ehtimala əsasən, məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayış baş verib.

 

Nəticədə, ilkin məlumata əsasən, 1 nəfər həlak olub, 2 nəfər xəsarət alıb, mənzilə ciddi ziyan dəyib.

 

Hazırda FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülür.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama