Modern.az

Qaradağdakı dəhşətli qəzanın görüntüləri - VİDEO

Qaradağdakı dəhşətli qəzanın görüntüləri - VİDEO

3 Yanvar 2023, 15:42

Qaradağda baş vermiş dəhşətli qəzanın görüntüləri yayılıb. 

 

Modern.az xəbər verir ki, görüntülərdə 99-ZD-593 dövlət nömrə nişanlı “Mercedes” markalı yanacaqdaşıyan avtomobilin yolun kənarı ilə hərəkətdə olan 42-CB-514 dövlət nömrə nişanlı “KamAZ” markalı yük maşınına çırpılması əks olunub. 

 

Zərbənin təsirindən yanacaqdaşıyan yük maşını yol kənarındakı dəmir arakəsmələrə dəyib. Eyni istiqamətdə hərəkətdə olan 99-BH-926 dövlət nömrə nişanlı “Opel” markalı nəqliyyat vasitəsinin sürücüsü də qəzadan yayına bilməyib. 

 

Qəzadan sonra ərazidə güclü yanğın başlayıb. “Mercedes” markalı avtomobilin sürücüsü partlayış nəticəsində dünyasını dəyişib:

 

Qəzanın görüntüləri təqdim edirik:

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı