Modern.az

Üzeyir bəyin heykəlinə ayaqqabı atan bu gənclər kimdir? - VİDEO

Üzeyir bəyin heykəlinə ayaqqabı atan bu gənclər kimdir? - VİDEO

4 Yanvar 2023, 13:22

Dahi bəstəkar Üzeyir Hacıbəylinin Bakıdakı heykəlinin üzərinə ayaqqabı atan iki gəncin hərəkəti sosial şəbəkələrdə qınaq obyekti olub.

Hadisəni pisləyən ictimaiyyət nümayəndələri günahkarların tezliklə tapılıb cəzalandırılmasını tələb edirlər.

Hələlik şəxsiyyəti məlum olmayan gənclərin hansı səbəbdən bu hərəkəti etdiyi məlum deyil.

Hadisə ilə bağlı polisə məlumat verilib. 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyevin sözlərinə görə, yayılan görüntülərlə bağlı araşdırma aparılır.

Modern.az saytı sosial şəbəkələrdə yayılmış görüntünü diqqətinizə çatdırır:
 

Whatsapp
Bizə yazın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı