Modern.az

Metroda yenə problem - “Nizami”də sıxlıq yarandı

Metroda yenə problem - “Nizami”də sıxlıq yarandı

5 Yanvar 2023, 17:46

Metronun "Həzi Aslanov" - "Dərnəgül" istiqamətində hərəkət edən qatarda nasazlıq yaranıb.

 

Bu barədə Modern.az-a açıqlama verən "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, buna səbəb "Nizami" stansiyasında vaqonlardan birinin qapısında problem yaranması olub.

 

B.Məmmədov qeyd edib ki, təlimat qaydalarına uyğun olaraq qatara baxış təyin edilib:

 

"Qatara əlavə baxış keçirilməsi zərurəti yarandığından sərnişinlər stansiyada düşürülüb. Qatar mənzili sərnişinsiz qət etdiyi üçün iki qatar arasında olmaq şərtilə, intervaldan əlavə 2 dəqiqəlik yubanma qeydə alınıb".

 

Hazırda problemin səbəblərinin araşdırıldığını bildirən qurum rəsmisi daha sonra əlavə məlumat veriləcəyini vurğulayıb.

 

Qeyd edək ki, yubanma səbəbindən "Nizami" stansiyasında sıxlıq yaşanır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı