Modern.az

Şəmkirdə valyutadəyişmə məntəqəsinə QUMBARA ATILDI - Yaralılar var

Şəmkirdə valyutadəyişmə məntəqəsinə QUMBARA ATILDI - Yaralılar var

Hadisə

5 Yanvar 2023, 18:01

Şəmkirdə valyuta mübadiləsi məntəqəsinə silahlı hücum olub.

 

Modern.az xəbər verir ki, hadisə rayonun “Bazar” adlanan ərazisində qeydə alınıb. Naməlum şəxslər valyutadəyişmə məntəqəsinə qumbara atıblar.

 

APA-nın məlumatına görə, hadisə zamanı 2 nəfər-1972-ci il təvəllüdlü Heydərov Nəsib Yusif oğlu və 1990-cı il təvəllüdlü Qarayev Binnət Həsən oğlu xəsarət alıb.

 

Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama