Modern.az

Şəmkirdə qumbara partlayışı ilə bağlı araşdırma aparılır - YENİLƏNİB 

Şəmkirdə qumbara partlayışı ilə bağlı araşdırma aparılır - YENİLƏNİB 

5 Yanvar 2023, 21:51

Şəmkirdə avtomobildə qumbara partlaması faktını rayon prokurorluğu araşdırır.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən Modern.az- bildirilib ki, yanvarın 5-də, saat 17 radələrində Şəmkir şəhəri ərazisində VAZ 2107 markalı avtomobildə qumbara partlaması nəticəsində avtomobildə olan 1972-ci il təvəllüdlü Nəsib Heydərovun və 1990-cı il təvəllüdlü Binnət Qarayevin ağır dərəcəli bədən xəsarətləri alması faktı ilə bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır.

 

***

19:40

Şəmkirdə iki nəfərin xəsarət alması ilə nəticələnən partlayışın təfərrüatı açıqlanıb.

 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Modern.az-a bildirib ki, ilkin araşdırmalar nəticəsində hadisənin Binnət Qarayev və Nəsib Heydərov sonuncuya məxsus "VAZ 2107" markalı avtomobildə olan zaman B.Qarayevin əlindəki qumbaranın partlaması nəticəsində baş verməsi məlum olub. 

 

Hazırda B.Qarayevin qumbaranı haradan əldə etməsi və digər təfərrüatlar barədə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı