Modern.az

Evdə meyiti tapılanlardan biri itkin düşən məktəbli imiş

Evdə meyiti tapılanlardan biri itkin düşən məktəbli imiş

5 Yanvar 2023, 22:24

Bakının Nərimanov rayonunda mənzildən meyiti tapılan şəxslərdən birinin şəxsiyyəti müəyyənləşib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, kirayə qaldıqları mənzildə dəm qazından boğularaq ölənlərdən biri Sumqayıt şəhər sakini 2004-cü il təvəllüdlü Allahverdiyev Kamran Xaliq oğludur.

 

19 yaşlı K. Allahverdiyev dekabrın 31-də dostu ilə birgə evdən çıxıb və geri qayıtmayıb. O, təhsilə gec başladığı üçün hazırda orta məktəbdə oxuyurdu.

 

Xatırladaq ki, K. Allahverdiyev paytaxtda yerləşən şadlıq evlərindən birində ofisiant işləyib. Yaxınlarının verdiyi məlumata görə, onun atası Rusiyada işləyir. Ailə əvvəl Bakıda yaşayıb, sonra Ukraynaya köçüb.

 

Buna görə K.Allahverdiyev 2 il təhsildən yayınıb.

 

Azərbaycana qayıdandan sonra təhsilinə Sumqayıtda 31 nömrəli tam orta məktəbdə 7-ci sinifdən davam edib.

 

10-cu sinif şagirdi olan Kamran dostu ilə birgə 5 gün idi ki, itkin düşmüşdü.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı