Modern.az

Ötən gün 55 cinayətin üstü AÇILIB

Ötən gün 55 cinayətin üstü AÇILIB

Hadisə

6 Yanvar 2023, 10:30

Yanvarın 5-də ölkə ərazisində qeydə alınan 59, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 33, o cümlədən borclu şəxs qismində axtarışda olan 28 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

 

Narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama