Modern.az

17 yaşlı qızı maşın vurub öldürdü - Sürücü qaçdı

17 yaşlı qızı maşın vurub öldürdü - Sürücü qaçdı

Hadisə

7 Yanvar 2023, 23:20

Abşeronda avtomobil qadın piyadanı vurub öldürüb.

 

DİN-in mətbuat xidmətindən Modern.az-a bildirilib ki, yanvarın 7-də saat 19:30 radələrində Abşeron rayonu Saray qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

“Mercedes” markalı avtomobil yolu keçən piyada, 2006-cı il təvəllüdlü Ofeliya Axundzadəni vurub. Nəticədə piyada hadisə yerində ölüb.

 

Polis əməkdaşları tərəfindən hadisə yerindən qaçan sürücünün şəxsiyyəti və avtomobil müəyyən edilib, saxlanılması istiqamətində zəruri tədbirlər görülür.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama