Modern.az

Lənkəranda “Niva” aşdı - Ölənlər var 

Lənkəranda “Niva” aşdı - Ölənlər var 

9 Yanvar 2023, 18:27

Lənkəran rayon sakini İlqar Bayramov idarə etdiyi "Niva" markalı avtomobillə rayonun Əşlə kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi çaya aşıb.

 

Bu barədə Modern.az-a DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.

 

Nəticədə sürücü və avtomobildə olan sərnişin Ş.Mirzəyev aldıqları xəsarətlər nəticəsində ölüb.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama