Yanvarın 9-da Günəşdə güclü partlayış baş verib.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının (REA) Lebedev adına Fizika İnstitutunun Günəşin rentgen astronomiyası laboratoriyası məlumat yayıb.
Bildirilib ki, partlayış ötən gün Bakı vaxtı ilə saat 22:37-də başlayıb, 22:50-də pik həddə çatıb və 22:57-də isə başa çatıb.
Qeyd edək ki, Günəşdə güclü partlayış Yerdə maqnit qasırğalarına gətirib çıxarır. Bu da elektrik şəbəkələrinin sıradan çıxmasına, quşların və heyvanların miqrasiya yollarına təsir göstərir. Eyni zamanda təbiət hadisəsi qısadalğalı rabitə və naviqasiya sistemlərində pozuntulara, sənaye şəbəkələrində elektrik enerjisinin kəsilməsinə səbəb olur.