Modern.az

Sürücünün ehtiyatsızlığı ölümə nəticələndi

Sürücünün ehtiyatsızlığı ölümə nəticələndi

Hadisə

10 Yanvar 2023, 23:02

Lerikdə sürücünün ehtiyatsızlığı ölümlə nəticələnib. Hadisə bu gün günorta saatlarında baş verib.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, yük avtomobili arxa istiqamətdə hərəkət edən zaman rayonun Piran kənd sakini 1959-cu il təvəllüdlü Əliməmməd Ayaz oğlu Məmmədova toxunaraq onu yerə yıxıb və piyada yük avtomobilinin təkəri altına düşüb.

 

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı Lerik Rayon Prokurorluğunda araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama