Modern.az

Ağcabədidə ağır qəza ölümə səbəb oldu

Ağcabədidə ağır qəza ölümə səbəb oldu

Hadisə

11 Yanvar 2023, 13:26

Ağcabədi rayonunun Muğanlı kəndində yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

 

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Mercedes" və "ВАЗ" markalı iki minik avtomobili toqquşub, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

 

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti zədələnmiş nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı