Modern.az

Qazi COVİD-dən vəfat etdi - Anası da dözməyib öldü

Qazi COVİD-dən vəfat etdi - Anası da dözməyib öldü

Hadisə

12 Yanvar 2023, 10:04

Vətən Müharibəsi qazisi Zamir Osmanov vəfat edib.

 

Modern.az xəbər verir ki, o, Bakıda yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib. Oğlunun ölüm xəbərini eşidən anası, 1965-ci il təvəllüdlü Esma Çiliyeva da qəfil ürəktutmadan vəfat edib.

 

Qafqazinfo-nun məlumatına görə, Z.Osmanov koronavirusa yoluxandan sonra ölüb. 

 

Qeyd edək ki, Z.Osmanov Xocavənd uğrunda gedən döyüşlərdə yaralanıb. O, Füzulinin, Cəbrayılın, Xocavəndin azad olunmasına görə və “Cəsur döyüşçü” medalları ilə təltif edilib. 2021-ci ildə YAŞAT fondu tərəfindən Türkiyəyə müalicəyə göndərilib, 1 il 4 ay müalicə alıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama