Modern.az

Arvadını qətlə yetirən ərə 18 il HƏBS VERİLDİ

Arvadını qətlə yetirən ərə 18 il HƏBS VERİLDİ

Hadisə

12 Yanvar 2023, 13:04

Bakıda keçmiş arvadını qətlə yetirməkdə təqsirləndirilən Arzuman Fazilova hökm oxunub. O, 18 il müddətinə azadlıqdan məhrum edilib.

 

Modern.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

 

Dövlət ittihamçısı A.Fazilovun 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

 

Qeyd edək ki, hadisə ötən ilin iyulunda paytaxtın Xəzər rayonunda baş verib. Belə ki, Binə qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evində 1978-ci il təvəllüdlü A.Fazilov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirməklə 1982-ci il təvəllüdlü Vüsalə Əliyevanı öldürüb.

 

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı