Modern.az

Bakıda oğul atasını döyüb öldürdü

Bakıda oğul atasını döyüb öldürdü

Hadisə

13 Yanvar 2023, 12:54

Bakıda oğul atasını döyərək ağır xəsarətlər yetirib.

 

DİN-in Mətbuat xidmətindən Modern.az-a bildirilib ki, hadisə yanvarın 8-də Xəzər rayonu Buzovna qəsəbəsində baş verib.

 

Məlumata görə, qəsəbə sakini İbrahim İbrahimov döyülməsi nəticəsində aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib. O, huşsuz vəziyyətdə olduğu üçün dindirilməsi mümkün olmayıb.

 

Polisin apardığı araşdırmalarla məlum olub ki, oğlu əvvəllər məhkum olunmuş Azər İbrahimov sərxoş vəziyyətdə atasını döyüb. İ.İbrahimov yanvarın 12-də xəstəxanada ölüb.

 

Polisin keçirdikləri əməliyyat tədbirləri nəticəsində A.İbrahimov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

 

Araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı