Modern.az

Xocavənddə partlayış - Ölən var

Xocavənddə partlayış - Ölən var

13 Yanvar 2023, 16:54

Xocavənd rayonu ərazisində sursat partlayışı nəticəsində bir nəfər ölüb.

 

DİN-in Mətbuat xidmətindən Modern.az-a bildirilib ki, hadisə bu gün rayonun Ağburun qəsəbəsi ərazisində baş verib. Ərazidə heyvan otaran 1971-ci il təvəllüdlü Elşən Hümbətov yerdən partlayıcı sursat tapıb. Həmin sursat E.Hümbətovun əlində partlayıb.

 

Hadisə nəticəsində E.Hümbətov yerindəcə dünyasını dəyişib.

 

Hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədir. Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu