Modern.az

Bakıda 3 nəfər dəm qazından zəhərləndi - Ölən var

Bakıda 3 nəfər dəm qazından zəhərləndi - Ölən var

Hadisə

14 Yanvar 2023, 10:16

Bakıda 3 nəfər dəm qazından zəhərlənib.

 

Modern.az-ın xəbərinə görə, hadisə yanvarın 13-də paytaxtın Yasamal rayonu, K.Kazımzadə küçəsində yerləşən evlərin birində qeydə alınıb.

 

Məlumata görə, 1982-ci il təvəllüdlü Məmməd Qənbərov kirayə yaşadığı fərdi yaşayış evinin hamam otağında yuyunarkən dəm qazından zəhərlənərək ölüb.

 

Eyni ünvanda kirayə yaşayan 2008-ci il təvəllüdlü Vəli Qarayev və 1987-ci il təvəllüdlü Gülnarə Qarayeva dəm qazından zəhərlənmə diaqnozu ilə 1 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı