Modern.az

Gəncədə iki maşın toqquşdu - 5 yaralı var

Gəncədə iki maşın toqquşdu - 5 yaralı var

Hadisə

14 Yanvar 2023, 22:27

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, hadisə şəhərin Azərbaycan Bayrağı küçəsində qeydə alınıb.

 

Hərəkətdə olan iki “VAZ-2107” markalı avtomobilin toqquşması nəticəsində 1996-cı il təvəllüdlü Ruslan Məmmədov, 1996-cı il təvəllüdlü Kamran Qasımov, 1998-ci il təvəllüdlü Turac İmaməliyev, 1998-ci il təvəllüdlü Ruslan Həsənzadə və 1999-cu il təvəllüdlü İlqar Pənahov xəsarət alıblar.

 

Qəza zamanı xəsarət alan 5 nəfər xəstəxanaya yerləşdirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı